...

ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək

Siyasət Materials 18 May 2012 11:47 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının (PA) 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək.
ATƏT PA-nın 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

ATƏT-in Parlament Assambleyasının (PA) 2014-cü ildəki illik yay sessiyası Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi 2014-cü ildə ATƏT PA-nın yaz sessiyasının Bakıda keçirilməsi ilə bağlı müraciət etmişdi, lakin qurum 2014-cü ilin yay sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı danışıqlar aparıb.

"Bu gün Azərbaycan Parlamentinin razılıq məktubu qurumun baş katibinə göndəriləcək. Sessiyanın Bakıda keçirilməsi Azərbaycan-ATƏT PA münasibətləri, eləcə də ölkəmizin dünyada tutduğu yer baxımından önəmlidir", - Muradova əlavə edib.

Xəbər lenti

Xəbər lenti