...

BAEA-nın rəhbəri İran rəsmiləri ilə nüvə problemini müzakirə edib

Siyasət Materials 21 May 2012 17:13 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano bazar ertəsi Tehranda İranın nüvə proqramı üzrə əsas müzakirəçisi Səid Cəlili ilə görüşüb.
BAEA-nın rəhbəri İran rəsmiləri ilə nüvə problemini müzakirə edib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano bazar ertəsi Tehranda İranın nüvə proqramı üzrə əsas müzakirəçisi Səid Cəlili ilə görüşüb. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.

Amano qarşılıqli maraq doğuran, habelə İran və BAEA arasında daha sıx əməkdaşlıq məsələləri ilə bağlı İranın rəsmi şəxsləri ilə danışıqlar aparmaq üçün Tehrana gəlib.

Amanonu Tehrana səfəri zamanı BAEA-nın baş direktorunun təminatlar üzrə müavini German Nakerts, baş direktorun siyasət üzrə müavini Rafael Mariano Qrosso müşayiət ediblər.

Bir az əvvəl Amano İranın Atom Enerjisi Təşkilatının direktoru Firudin Abbasi ilə görüşüb. Daha sonra o, İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşəcək.

Qeyd edək ki, mayın 23-də İraqın paytaxtı Bağdadda İran və "altılıq" (Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ, həmçinin Almaniya) arasında danışıqlar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti