...

Böyük Britaniya və Kanadadakı azərbaycanlılar İran əleyhinə nümayişlər keçirib (FOTO)

Siyasət Materials 21 May 2012 18:06 (UTC +04:00)
Böyük Britaniyada yaşayan azərbaycanlılar İranın Azərbaycanın daxili işlərinə qarışması və İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Londonda nümayiş keçiriblər.
Böyük Britaniya və Kanadadakı azərbaycanlılar İran əleyhinə nümayişlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Böyük Britaniyada yaşayan azərbaycanlılar İranın Azərbaycanın daxili işlərinə qarışması və İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz əlaməti olaraq Londonda nümayiş keçiriblər.

Trend-in məlumatına görə, Böyük Britaniya hökumətinin binası önündə keçirilən etiraz aksiyasında fars rejiminin irqçi və işğalçı siyasəti qınanılıb, "İranda etnik təmizləmə dayandırılsın!", "Güney Kuzey bir olsun, İran, gözün kor olsun!", "Biz qəhrəman türkləriz, farslara baş əyməriz!", "Urmu, Xəzər bizimdir!" kimi şüarlar səsləndirilib.

Hər hansı bir insident baş vermədən davam edən aksiya bəyanatın oxunması ilə sona çatıb.

Analoji aksiya Kanadada yaşayan azərbaycanlılar tərəfindən də keçirilib. Kanadanın Toronto şəhərinin mərkəzində keçirilən və iki saat davam edən etiraz aksiyasında azərbaycanlılarla yanaşı, türklər də iştirak ediblər. Nümayişçilər İranın azərbaycanlılara qarşı apardığı diskriminasiya siyasətinə, onların doğma ana dilinin məhvinə yönəlmiş addımlarını qətiyyətlə qınayıb, bu ölkədə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının kobud surətdə pozulduğuna dair məlumatları əks etdirən ingilis dilində vərəqələri ictimaiyyət nümayəndələrinə paylayıblar.

Ötən şənbə və bazar günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən İranın Azərbaycanın daxili işlərinə qarışmasına və İranda yaşayan azərbaycanlıların hüquqlarının kobud surətdə pozulmasına etiraz əlaməti olaraq keçirilən kütləvi aksiyaların sayı 10-a çatıb. Aksiyaların bu həftə də davam etdiriləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti