...

Davudoğlu: Türkiyənin NATO-da siyasi gücü və nüfuzu artıb

Siyasət Materials 23 May 2012 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

Xarici işlər naziri Əhməd Davudoğlu bu gün verdiyi açıqlamada Türkiyənin NATO-da siyasi gücünün və nüfuzunun artdığını bildirib. Bu barədə Trend Türkiyənin TRT Haber telekanalına istinadən məlumat verir.

XİN rəhbəri qeyd edib ki, Türkiyə bundan sonra da aktiv siyasət yürüdəcək və təhlükəsizliyin simvolu olacaq.

"İstanbul dünyada və regionda siyasi sabitliyinin mərkəzinə çevriləcək", - Davudoğlu deyib.

Xəbər lenti

Xəbər lenti