...

İran və "altılıq" arasında danışıqlar gələn ay Moskvada keçiriləcək

Siyasət Materials 24 May 2012 23:19 (UTC +04:00)
İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə növbəti danışıqlar iyunun 18-19-da Moskvada keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton İran və "altılıq" ölkələrinin nümayəndələri arasında cümə axşamı Bağdadda başa çatan görüşün yekunu üzrə bildirib.
İran və "altılıq" arasında danışıqlar gələn ay Moskvada keçiriləcək

Azərbaycan, Bakı, 24 may /Trend/

İran və "altılıq" ölkələri arasında nüvə proqramı üzrə növbəti danışıqlar iyunun 18-19-da Moskvada keçiriləcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton İran və "altılıq" ölkələrinin nümayəndələri arasında cümə axşamı Bağdadda başa çatan görüşün yekunu üzrə bildirib.

İran və "altılıq" arasında danışıqlar mayın 23-də İraq paytaxtında start götürüb. İki gün ərzində danışıqların dörd raundu keçirilib.

Bundan əvvəl İranın "Mehr" agentliyi diplomatlara istinadən məlumat yaymışdı ki, növbəti danışıqlar üç həftə ərzində Cenevrədə keçiriləcək.

Bağdadda ikigünlük danışıqların nəticələrindən danışan Eşton bildirib ki, rəsmi Tehran və "altılıq" nümayəndələrində bəzi məsələlər üzrə fikir ayrılıqları qalır. O qeyd edib ki, İran uranın 20 faizədək zənginləşdirilməsi məsələsinin müzakirə edilməsinə razılıq verib.

Xəbər lenti

Xəbər lenti