...

Rusiya xaricdə yeni RLS sistemlərinin yerləşdirilməsi məsələsinə aydınlıq gətirib

Siyasət Materials 25 May 2012 10:05 (UTC +04:00)
Rusiya yaxın xarici ölkələrdə raket hücumundan xəbərdarlıq üzrə “Voronej” tipli yeni radiolokasiya sisteminin yerləşdirilməsini planlaşdırmır.
Rusiya xaricdə yeni RLS sistemlərinin yerləşdirilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 25 may /Trend/

Rusiya yaxın xarici ölkələrdə raket hücumundan xəbərdarlıq üzrə "Voronej" tipli yeni radiolokasiya sisteminin yerləşdirilməsini planlaşdırmır. Bu barədə jurnalistlərə bu gün RF Hava-Kosmik Müdafiə Qoşunlarının komandanı, general-leytenant Oleq Ostapenko məlumat verib.

"Bizim tərəfdar olduğumuz belə bir konsepsiya var. Bu, stansiyaların hər şeydən əvvəl bizim ərazimizdə /döyüş növbətçiliyi üzrə/ təşkil olunmasıdır", - Ostapenko İrkutsk vilayətinin Usol-Sibirsk qəsəbəsndə yeni RLS-in təcrübə-döyüş növbəsinə qoyulması mərasimindən sonra bildirib.

Trend-in məlumatına görə, İTAR-TASS müxbirinin bu tip RLS-in MDB ölkələrində, o cümlədən Ermənistanda və Moldovada yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualına komandan belə cavab verib: "Bu məsələyə qətiyyən baxılmır".

RF Müdafiə Nazirliyinin məlumatına görə, hazırda Rusiya Belarus (Baranoviçi), Azərbaycan (Qəbələ) və Qazaxıstandakı (Balxaş) RLS-dən istifadə edir.

Xəbər lenti

Xəbər lenti