...

İran BAEA-nın iclasında yeni qətnamənin qəbulunu gözləmir - səfir

Siyasət Materials 4 İyun 2012 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbirlər E.Tarıverdiyeva, D.Xatınoğlu/

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarəetmə Şurasının qarşıdakı iclasında ölkənin nüvə proqramı ilə bağlı yeni qətnamə gözləmir. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi İranın BAEA-da səfiri Əli Əsgər Sultaniyyə bildirib.

BAEA-nın İdarəetmə Şurasının iclası gələn həftə baş tutacaq, görüşdə Şuranın 35 üzvü iştirak edəcək.

Sultaniyyənin sözlərinə görə, qarşıdakı diskussiyaların mövzuları AES-in təhlükəsizliyi, BAEA-nın illik büdcəsi və İranın nüvə proqramı olacaq.

O əlavə edib ki, qarşıdakı görüş adi xarakter daşıyır və İran nüvə proqramı üzrə yeni qərar gözləmir.

BAEA-nın baş direktoru Yukiya Amanonun Tehrana səfərinə toxunan Sultaniyyə əminliyini bildirib ki, bu, İran və agentlik arasında yeni səhifə açacaq.

Deyilənlər nəzərə alınmaqla, Sultaniyyə digər ölkələri İranın nüvə proqramı məsələsini siyasiləşdirməməyə çağırıb.

"Bəzi ölkələr İran və BAEA arasında əməkdaşlığı problematik edir", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti