...

AŞPA həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar

Siyasət Materials 13 İyun 2012 21:36 (UTC +04:00)
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Jozef Debono Qrexlə görüşüb.
AŞPA həmməruzəçiləri Ədliyyə Nazirliyində olublar

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Jozef Debono Qrexlə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan davamlı islahatlardan danışan nazir, hakimlərin seçim prosedurunun Avropa Şurası tərəfindən müsbət model kimi qiymətləndirildiyini qeyd edib.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı atılan mütərrəqi addımlar haqqında danışan Fikrət Məmmədov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun uğurla və geniş tətbiq edildiyini söyləyib.

AŞPA həmməruzəçiləri missiyalarının mühüm hissəsinin məhkəmə-hüquq sahəsi ilə əlaqəli olduğunu bildirib və bu sahədə ölkəmizdə görülən işləri və mütərrəqi tədbirləri dəyərləndirməklə, insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi üzrə fikirlərini bildirib.

Xəbər lenti

Xəbər lenti