...

Əli Əhmədov: Futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun yüksəlməsinə səbəb olacaq

Siyasət Materials 14 İyun 2012 12:31 (UTC +04:00)
2020-ci ildə futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilərsə, bu, Azərbaycanın nüfuzunun yüksəlməsinə səbəb olacaq. Trend-in məlimatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov: Futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun yüksəlməsinə səbəb olacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir K.Zərbalıyeva/

2020-ci ildə futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilərsə, bu, Azərbaycanın nüfuzunun yüksəlməsinə səbəb olacaq. Trend-in məlimatına görə, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov deyib.

"Azərbaycan hökuməti və xalqı bu yarışmanın Bakıda keçirilməsi üçün lazım olan hər bir addımı atmağa hazırdır. Radikal müxalifətin Azərbaycanın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək istəyinin əleyhinə çıxış etməsi və bunu ölkədə insan hüquqlarının pozulması ilə əlaqələndirməsi düzgün deyil. Çox az sayda insan var ki, biz onların müxalifət olduğunu qeyd edə bilərik. Təbii ki, bu da müxalifətin hamısı deyil", - o bildirib.

Əhmədovun sözlərinə görə, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti ölkədə həyata keçirilən uğurlu siyasəti birmənalı olaraq dəstəkləyir və bu siyasət çərçivəsində Azərbaycanda keçirilən bu və ya digər beynəlxalq tədbirləri yüksək qiymətləndirir.

O qeyd edib ki, Avropanın ən mötəbər mahnı yarışmasının Bakıda keçirilməsi Azərbaycan xalqının milli qürurunun daha da yüksəlməsinə səbəb olub.

Müxalifətin Azərbaycanın uğurlarını görmək istəmədiyini deyən Əhmədovun sözlərinə görə, onlar bununla Azərbaycanda həyata keçirilən və ölkənin inkişafına səbəb olan addımlara qarşı çıxmış olurlar.

Onun fikrincə, onlar öz maraqları ilə xalqın milli maraqlarının böyük ziddiyyət təşkil etdiyini bir daha ortaya qoyurlar.

"Maraqları xalqın maraqları ilə üst-üstə düşməyən hər hansı siyasi qüvvənin ölkə daxilindəki siyasi proseslərdə yaxından iştirak etməsi qeyri-mümkündür. Xalqın maraqlarından kənarda fəaliyyət göstərən hər hansı siyasi qüvvənin Azərbaycan xalqının dəstəyini əldə etməsi mümkün deyil. Onlar da dəfələrlə bu tip hərəkətləri ilə özlərinin maraqlarının xalqın maraqlarına qarşı olduğunu sübuta yetiriblər", - icra katibi deyib.

Xəbər lenti

Xəbər lenti