...

Suriya XİN: Türkiyəyə məxsus təyyarənin qalıqları tapılıb

Siyasət Materials 25 İyun 2012 16:09 (UTC +04:00)
Bir müddət əvvəl Suriya Silahlı Qüvvələri tərəfindən vurulmuş Türkiyənin hərbi təyyarəsinin qalıqları ölkə ərazisində tapılıb.
Suriya XİN: Türkiyəyə məxsus təyyarənin qalıqları tapılıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Tağıyeva/

Bir müddət əvvəl Suriya Silahlı Qüvvələri tərəfindən vurulmuş Türkiyənin hərbi təyyarəsinin qalıqları ölkə ərazisində tapılıb. Trend-in Türkiyənin TRT Haber telekanalına istinadən yaydığı məlumata görə, bu barədə Suriya XİN-in nümayəndəsi Cihad əl-Məqdəsi bildirib.

Əl-Məqdəsi qeyd edib ki, Türkiyə və Suriya arasında heç bir qarşıdurma yoxdur və Dəməşq Ankara ilə dostluq münasibətlərinin inkişafına tərəfdardır.

Onun sözlərinə görə, Suriya, ölkənin hava məkanını pozduğu üçün Türkiyəyə məxsus təyyarəni vurmağa məcbur olub.

Xəbər lenti

Xəbər lenti