...

Azərbaycanın birinci xanımı Nigerin birinci xanımı ilə görüşüb

Siyasət Materials 30 İyun 2012 01:52 (UTC +04:00)
İyunun 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda keçirilən Krans Montana Forumunda iştirak edən Nigerin birinci xanımı Aissata İssufu Mahamadu ilə görüşüb.
Azərbaycanın birinci xanımı Nigerin birinci xanımı ilə görüşüb

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İyunun 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda keçirilən Krans Montana Forumunda iştirak edən Nigerin birinci xanımı Aissata İssufu Mahamadu ilə görüşüb.

Niqerin birinci xanımını Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva dəvəti qəbul edib Bakıda keçirilən Krans Montana Forumunda iştirakına görə Aissata İssufu Mahamaduya minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı qonağın çıxışının maraqlı olduğunu, onun öz ölkəsi haqqında dəyərli məlumat verdiyini diqqətə çatdırdı.

Aissata İssufu Mahamadu dəvətə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. "Mən Azərbaycan haqqında çox eşitmişdim, amma gördüklərim bütün məlumatları üstələyir", - deyən Nigerin birinci xanımı Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı üçün gördükləri işləri yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan Niger üçün model ola bilər.

Xəbər lenti

Xəbər lenti