...

ABŞ-ın yeni təyin olunmuş səfiri Azərbaycana gəlməyə hazırlaşır

Siyasət Materials 4 İyul 2012 04:02 (UTC +04:00)
ABŞ-ın yeni təyin olunmuş səfiri Riçard Morninqstar Azərbaycana gəlməyə hazırlaşır. Bunu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə bildirib.
ABŞ-ın yeni təyin olunmuş səfiri Azərbaycana gəlməyə hazırlaşır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın yeni təyin olunmuş səfiri Riçard Morninqstar Azərbaycana gəlməyə hazırlaşır. Bunu çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə bildirib.

"Səfir Riçard Morninqstarın namizədliyi cümə günü Senat tərəfindən təsdiq olunub. Hazırda o, Bakıya gəlməyə hazırlaşır", deyə Sterlinq bildirib.

Onun sözlərinə görə, səfirin gəlişinin dəqiq tarixi hələ məlum deyil. Hazırda Morninqstar Bakıya gəlmək üçün nə vaxt hazır olacağı barədə qərara gəlməlidir, Sterlinq deyib.

Xəbər lenti

Xəbər lenti