...

Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Siyasət Materials 13 İyul 2012 21:53 (UTC +04:00)
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri cümə günü başa çatmışdır.
Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri cümə günü başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti