...

Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir

Siyasət Materials 17 İyul 2012 18:11 (UTC +04:00)
Cari ilin 17 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfirini qəbul etmişdir

Azərbaycan, Bakı, 17 iyul /Trend /

Cari ilin 17 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Kuba arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən razılıq ifadə etmiş və ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə Səfirə öz minnətdarlığını bildirmişdir.

Öz növbəsində Səfir ölkəmizdə işlədiyi dövrdə Kuba ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd etmiş və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirmişdir.

Nazir Elmar Məmmədyarov Kubalı diplomata gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Xəbər lenti

Xəbər lenti