...

Mahmud Əhmədinejad müsəlman ölkələrinin rəhbərlərinə çağırış edib

Siyasət Materials 21 İyul 2012 10:22 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad Ramazan ayının başlanması münasibəti ilə müsəlman ölkələrinin rəhbərlərinə və İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə təbrik məktubu göndərib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir
Mahmud Əhmədinejad müsəlman ölkələrinin rəhbərlərinə çağırış edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Cəfərov/

İran prezidenti Mahmud Əhmədinejad müsəlman ölkələrinin rəhbərlərinə çağırış edib.

Əhmədinejad Ramazan ayının başlanması münasibəti ilə müsəlman ölkələrinin rəhbərlərinə və İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə təbrik məktubu göndərib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir.

Təbrik məktubunda Əhmədinejad Ramazan ayının xeyir və bərəkət ayı olduğunu vurğulayıb və bildirib ki ümid edirik, bu ayda müsəlman xalqları və dövlətləri arasında birlik, əməkdaşlıq daha da artacaq və onların əməkdaşlıqları dünyada həmişəlik sülh və əminamanlığın yayılmasına, xalqların rifahına öz töhfəsini verəcək.

Əhmədinejad Allahdan müsəlman dövlət başçılarına və xalqları üçün müvəffəqiyyət və başı ucalıq diləyib.

Xəbər lenti

Xəbər lenti