...

Polşanın Suriyadakı səfirliyi fəaliyyətini dayandırır

Siyasət Materials 27 İyul 2012 19:57 (UTC +04:00)
Polşanın Xarici İşlər Nazirliyi (XİN) Suriyada hərbi münaqişənin kəskinləşməsi səbəbindən bu gün Dəməşqdə səfirliyin bağlanması və diplomatik missiyanın əməkdaşlarının təxliyyə olunması haqqında qərar qəbul edib.
Polşanın Suriyadakı səfirliyi fəaliyyətini dayandırır

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Polşanın Xarici İşlər Nazirliyi (XİN) Suriyada hərbi münaqişənin kəskinləşməsi səbəbindən bu gün Dəməşqdə səfirliyin bağlanması və diplomatik missiyanın əməkdaşlarının təxliyyə olunması haqqında qərar qəbul edib. Trend-in "Assoşieyted Press" agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə xarici işlər naziri Radek Sikorski bildirib.

Polşa XİN rəhbəri qərarını səfirliyin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə izah edib. O, həmçinin bəyan edib ki, Suriyada vəziyyət imkan verən kimi səfirlik işini bərpa edəcək.

Agentlik qeyd edir ki, Polşa səfirliyi Suriyada ABŞ-ın maraqlarını təmsil edir.

Xəbər lenti

Xəbər lenti