...

ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti terrorizmlə mübarizədə uğur qazanıb

Siyasət Materials 1 Avqust 2012 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbirlər M.Əliyev, E.Tariverdiyeva/

Azərbaycan hökuməti ölkədə terrorçu vasitəçilərin azaldılmasında müəyyən nailiyyətlər əldə edib və onların fəaliyyətinə maneələr törədir. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin ölkələr üzrə 2011-ci il üçün məruzəsində bildirilir.

Dövlət Departamentinin rəsmi saytında bildirilir ki, məruzədə göstərilir ki, Azərbaycan Qafqazdan insan, pul və avadanlıq keçirmək istəyən terrorçu qruplaşmalara qarşı aktiv mübarizə aparır.

"Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə işləyən terrorçu qrupları və vasitəçiləri izləyir, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirir", - məruzədə deyilir.

Qeyd olunur ki, Azərbaycan hökuməti Xəzər dənizi sahilində yeddi radiolokasiya stansiyasının yerləşdirilməsini öz üzərinə götürüb. Bu stansiyalar hərbi dəniz donanması, sahil mühafizə xidməti tərəfindən istifadə olunacaq, qaçaqmalçılıq təhlükələrini aşkar edəcək.

Xəbər lenti

Xəbər lenti