...

Mübariz Əhmədoğlu: Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində kifayət qədər dəyişiklik var

Siyasət Materials 2 Avqust 2012 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust / Trend müxbir M.Əliyev/

Avropa İttifaqı Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Trend-in məlumatına görə, bunu cümə axşamı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq deyib ki, Aİ prezidenti Herman Van Rompeyin Bakıda olarkən verdiyi bəyanatlar qurumun Azərbaycanla bağlı mövqeyində kifayət qədər dəyişiklik olduğunu göstərir və bu dəyişiklik müsbət tərəfədir.

"Bu, təkcə zaman faktoru ilə deyil, həm də Azərbaycan tərəfinin apardığı işlə bağlıdır", - Əhmədoğlu vurğulayıb.

Politoloqun fikrincə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyindəki dəyişiklik də Azərbaycanın xeyrinədir.

"Ermənistanda olarkən Rompey Aİ-nin Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi ilə bağlı daha çox danışıb. Münaqişənin tənzimlənməsində Ermənistanın üzərinə daha çox işin düşdüyü aydın görünür. ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyən Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində seçdiyi yol yardımçı olsa da, əslində yeni yanaşmadır və Aİ rəsmiləri ardıcıl siyasət aparsalar, bu istiqamətdə dönüşə nail ola biləcəklər", - o deyib.

Əhmədoğlunun sözlərinə görə, Aİ hesab edir ki, münaqişənin tənzimlənməsində vətəndaş cəmiyyətinin siyasi iradəsi ortaya qoyulmalıdır.

Politoloq Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlıqdan da danışıb və qeyd edib ki, Aİ TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasına razıdır.

Onun fikrincə Türkmənistanı bu layihəyə qoşmaq Aİ-nin işidir. Politoloq vurğulayıb ki, Avropa Parlamentinin 52 üzvü Azərbaycanla dostluq qrupu yaratmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti