...

YAP-la Almaniya fondu arasında əməkdaşlıq müzakirə edilib

Siyasət Materials 13 Avqust 2012 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend müxbir E.Mehdiyev/

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri xanım Canan Atılqanı partiyanın mənzil qərargahında qəbul edib.

Trend YAP-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Konrad Adenauer Fondu ilə YAP arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu, eləcə də birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti