...

İlham Əliyev Qırğızıstan və Malayziyanın dövlət başçılarını təbrik edib

Siyasət Materials 30 Avqust 2012 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə Malayziyanın Ali Başçısı Tuanku Abdul Halim Müədzəm Şah ibni əl-Məhrum Sultan Badlişaha təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qırğızıstan və Malayziyanın dövlət başçılarını təbrik edib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə Malayziyanın Ali Başçısı Tuanku Abdul Halim Müədzəm Şah ibni əl-Məhrum Sultan Badlişaha təbrik məktubu ünvanlayıb.

"Qırğız Respublikasının milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Qırğızıstan dostluğunun ənənələrini özündə yaşadan ikitərəfli münasibətlərimizin inkişafı, əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik", - Qırğızıstanın dövlət başçısına ünvanlanan təbrikdə deyilir.

İlham Əliyev Almazbek Atambayevə möhkəm cansağlığı, işlərində uğurlar, dost Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Malayziya münasibətlərinin, ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi, əməkdaşlığımızın genişlənməsi yolunda səylərimiz daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Malayziya xalqına əmin-amanlıq və rifah diləyirəm", - Malayziyanın Ali Başçısına ünvanlanan məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti