...

Bakıda Su İdmanı Sarayı tikiləcək

Siyasət Materials 30 Avqust 2012 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb.
Bakıda Su İdmanı Sarayı tikiləcək

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində Su İdmanı Sarayının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Bakı şəhəri ərazisində müasir standartlara cavab verən Su İdmanı Sarayı tikilsin.

Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti