...

Azərbaycanın İordaniyaya yeni təyin olunmuş səfiri etimadnaməsini təqdim edib

Siyasət Materials 2 Sentyabr 2012 17:34 (UTC +04:00)
Bazar günü Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov bu ölkənin Xarici İşlər Nazirliyində nazirliyin Baş katibi (nazir müavini) cənab Məhəmməd Əl-Daherə etimadnaməsinin surətini təqdim etmişdir. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın İordaniyaya yeni təyin olunmuş səfiri etimadnaməsini təqdim edib

Azərbaycan, Bakı, 2 sebtyabr /Trend/

Bazar günü Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığına yeni təyin olunmuş səfiri Sabir Ağabəyov bu ölkənin Xarici İşlər Nazirliyində nazirliyin Baş katibi (nazir müavini) cənab Məhəmməd Əl-Daherə etimadnaməsinin surətini təqdim etmişdir. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla İordaniya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilmiş, müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Söhbət zamanı səfir Azərbaycanla İordaniya arasında mövcud Anlaşma memorandumunun müvafiq bəndinə uyğun olaraq, ölkələr arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi çərçivəsində İordaniya XİN-in Baş katibinin yaxın vaxtlarda respublikamıza səfərinin məqsədəuyğunluğunu M. Ə. əl-Daherin diqqətinə çatdırmışdır.

Görüşdə Səfirliyin müşaviri H. Rəhimli, İordaniya XİN-in Protokol İdarəsinin rəisi Ə. Əl-Muflih və Asiya Ölkələri İdarəsinin rəisi H. Cavarneh də iştirak etmişlər.

Xəbər lenti

Xəbər lenti