...

Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəy rayonuna maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 6 Sentyabr 2012 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəy rayonuna maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, əlli doqquz min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti