...

Baş Qərargah: Türkiyədə beş ay ərzində 370-dən çox terrorçu məhv edilib

Siyasət Materials 10 Sentyabr 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə son beş ay ərzində 373 terrorçu məhv edilib. Trend bazar ertəsi Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının məlumatında deyilir.

Məlumatda o da bildirilir ki, son altı ay ərzində Türkiyə ordusu dörd vilayətdə 974 hərbi əməliyyat aparıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə SQ Baş Qərargahının rəisi Necdət Özəl bəyan edib ki, Ankara terrorizmlə mübarizə üçün əlindən gələni edir.

"Türkiyə terrorla mübarizədə nəzərəçarpan nəticələr əldə edib və bu məsələdə kəşfiyyat və güc qüvvələrinin əlaqəli fəaliyyət göstərməsi vacibdir", - Özəl bildirib.

Xəbər lenti

Xəbər lenti