...

Azərbaycan Prezidenti Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Siyasət Materials 10 Sentyabr 2012 18:06 (UTC +04:00)
Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlətimizin başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaq.

Qeyd edildi ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq.

Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti