...

Elmar Məmmədyarov Qırğızıstanın yeni müvəqqəti işlər vəkili ilə görüşüb

Siyasət Materials 10 Sentyabr 2012 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Aycigit Buranovu qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, nazir səfiri ölkəmizə müvəqqəti işlər vəkili təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Buramov ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylə çalışacağını bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirlməsi məqsədlə hər iki ölkənin iş adamları arasında təmasların artırılmasının zəruriliyi xüsusi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti