...

İran XİN: Azərbaycanlı şairlərin azad edilməsi humanizm və islam mərhəməti aktı idi

Siyasət Materials 11 Sentyabr 2012 12:19 (UTC +04:00)
Azərbaycanlı şairlərin azad edilməsi məsələsində İran humanizm, islam mərhəməti və Azərbaycanla mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış etdi.
İran XİN: Azərbaycanlı şairlərin azad edilməsi humanizm və islam mərhəməti aktı idi

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanlı şairlərin azad edilməsi məsələsində İran humanizm, islam mərhəməti və Azərbaycanla mehriban qonşuluq münasibətləri mövqeyindən çıxış etdi. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Şərqi Azərbaycan vilayətində jurnalistlərə bildirib. Trend-in məlumatına görə, xəbəri İranın MEHR agentliyi yayıb.

Salehi Azərbaycanı İranın etibarlı tərəfdaşı adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndələri bunu dəfələrlə təsdiqləyiblər.

"Azərbaycan və İranı tarix, mədəniyyət və din birliyi birləşdirir və Tehran həmişə Bakı ilə yaxşı münasibətlərdə maraqlı olub. Hər hansı xırda problemləri isə diplomatik yollarla həll etmək olar", - İran XİN-in rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti