...

Əli Həsənov: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı Dağlıq Qarabağ problemi prioritet məsələ kimi müzakirə edilir

Siyasət Materials 18 Sentyabr 2012 10:29 (UTC +04:00)
Prezident İlham Əliyevin istənilən xarici səfərində, istənilən xarici ölkələrin rəhbərləri ilə görüşündə Dağlıq Qarabağ problemi prioritet məsələlərdən biri kimi qoyulur.
Əli Həsənov: Prezident İlham Əliyevin Fransaya səfəri zamanı Dağlıq Qarabağ problemi prioritet məsələ kimi müzakirə edilir

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Prezident İlham Əliyevin istənilən xarici səfərində, istənilən xarici ölkələrin rəhbərləri ilə görüşündə Dağlıq Qarabağ problemi prioritet məsələlərdən biri kimi qoyulur. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının Fransaya səfəri zamanı müzakirə olunacaq məsələləri şərh edərkən deyib.

"Əlbəttə, Fransa Minsk qrupunun həmsədridir və Fransa Prezidenti ilə görüşdə mütləq şəkildə Dağlıq Qarabağ problemi, mövcud vəziyyət və perspektivlər, münaqişə ətrafında indiyə qədər cərəyan edən proseslər, Ermənistan və Azərbaycanın mövqeyi, Minsk qrupunun bu sahədəki fəaliyyəti, sonrakı addımlar haqqında müzakirələr aparılır", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti