...

TürkPA-nın baş katibi Beynəlxalq Sülh İnstitutunun Vyana ofisində çıxış edəcək

Siyasət Materials 18 Sentyabr 2012 16:00 (UTC +04:00)
TürkPA-nın baş katibi Ramil Həsənov Beynəlxalq Sülh İnstitutunun dəvəti ilə sentyabrın 19-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşdə iştirak edəcək.
TürkPA-nın baş katibi Beynəlxalq Sülh İnstitutunun Vyana ofisində çıxış edəcək

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

TürkPA-nın baş katibi Ramil Həsənov Beynəlxalq Sülh İnstitutunun dəvəti ilə sentyabrın 19-da Avstriyanın paytaxtı Vyana şəhərində görüşdə iştirak edəcək.

TürkPA Katibliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bir çox ölkələrin BMT-nin Vyana ofisi yanında akkreditə olunmuş səfirləri, analitikləri, politoloqları, Avstriya Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri və Avstriya mediasının iştirak edəcəyi görüşdə Həsənov TürkPA-nın fəaliyyəti, məqsədləri, gələcək planları, Avrasiya regionuna inteqrasiya prosesində oynaya biləcəyi mümkün rolu, parlament diplomatiyası vasitəsilə regionda sülhün və sabitliyin əldə olunması istiqamətində atılan addımlar barədə brifinq keçirəcək.

Həmçinin, TürkPA-nın müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Sülh İnstitutu ilə, eyni zamanda, ATƏT və ATƏT PA kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə atılan addımlar barədə TürkPA-nın baş katibi tərəfindən yüksək səviyyəli iştirakçılara məlumat veriləcək.

Daha sonra baş katib görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandıracaq.

Səfər çərçivəsində TürkPA baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti