...

Azərbaycan və Litva arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Siyasət Materials 18 Sentyabr 2012 18:07 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Vilnüsdə parlamentin sədri xanım İrena Dequtuiene və Baş nazir Andrius Kubilius ilə görüşmüşdür.
Azərbaycan və Litva arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Vilnüsdə parlamentin sədri xanım İrena Dequtuiene və Baş nazir Andrius Kubilius ilə görüşmüşüb.

Hər iki görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Müdafiə naziri Səfər Əbiyev Litva Parlamentinin sədrinə və Baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat vermişdir. Parlamentin sədri xanım İrena Dequtuiene bildirmişdir ki, Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu prinsip əsasında həllinin tərəfdarıdır.

Hər iki görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak etmişdir. Azərbaycanın müdafiə naziri, həmçinin Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində də olmuşdur.

Xəbər lenti

Xəbər lenti