Prezident İlham Əliyev və xanımı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər (FOTO)

Prezident İlham Əliyev və xanımı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı mərkəzdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq.

Diqqətə çatdırıldı ki, mərkəzin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.

Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırdı.

Bildirildi ki, mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunub. Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir.

Qeyd edildi ki, Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.

Bildirildi ki, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir.

Məlumat verildi ki, mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu, həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırıldı ki, burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.

Prezident İlham Əliyev mərkəzin yuxarı mərtəbəsindən Parisin mənzərəsini seyr etdi.

Dövlətimizin başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabxana ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Azərbaycan məhsulları Dubayda "Gulfood 2021" sərgisində nümayiş etidirilir
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
"Bitcoin"in qiyməti ilk dəfə 55 min dolları keçib
Loading Bars
Xəbər lenti
Hər il fevralın 26-da ilk dərs Xocalıya həsr olunur - Təhsil naziri
Prezident İlham Əliyev: İndi bütün dünya bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalıb
Ermənistan parlamentinin binasına əlavə polis qüvvələri cəlb edilib
Prezident İlham Əliyev: Ermənistanın indi çox ağır durumda olmasının səbəbkarları indiki və keçmiş rəhbərləridir
Yas və toyların bərpası ilə bağlı addımlar atılacaq - Komitə sədri
Xocalı soyqırımı heç zamanı unudulmayacaq bir faciədir - Ombudsman
İranın səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Hərbi əsirlərlə bağlı məsələ mütəmadi olaraq diqqətdə saxlanılır - Ombudsman
Prezident İlham Əliyev: Laçın və Zəngilanda da aeroport tikmək planımız var
Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Qazaxıstan səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Bu gün bütün ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
Ağdam rayonunun Tərnöyüt kəndi (FOTO/VİDEO)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
“Xocalı ağrısından gələcəyə baxış” adlı beynəlxalq onlayn konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib (FOTO)
Xocalı soyqırımı qurbanlarının qisası alındı - Deputat
“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib (FOTO)
Bəşəriyyətə qarşı bu cinayəti unutmadıq, unutmayacağıq - Mövlud Çavuşoğlu
Azərbaycan ilk dəfə Xocalı faciəsini qalib ölkə kimi anır - ADA Universitetinin rektoru
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirir - CANLI
Regionda yeni reallıq yaransa da, Ermənistanın düşmənçilik ritorikası davam edir - Nazir
Bakının əsas prospektlərinin birində qəza olub
Dünya dövlətləri Ermənistanın minaların xəritəsini gizlətməsinə səssiz qalmamalıdır - XİN rəhbəri
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər (VİDEO) (YENİLƏNİB)
44 günlük müharibədə də Ermənistan tərəfdən eyni terror taktikasının şahidi olduq - Ceyhun Bayramov
Baş Prokurorluq Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx hazırlayıb
Biz Xocalı soyqırımının günahsız qurbanları üçün ədalət tələb edirik - Hikmət Hacıyev
Gənclər təşkilatları Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında cavab verəcəklər - Naqif Həmzəyev
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ilk eksponatları (FOTO)
Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri
XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz (FOTO)
Xocalı dəhşətləri anbaan: Şahidlər ilk dəfə olaraq hadisə yerlərində danışır - Trend TV-nin reportajı
Beynəlxaq məhkəmə Xocalı soyqırımını tanımalıdır - Politoloq
Cəlilabad rayonunda 4 otaqlı ev yanıb
Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı (FOTO/VİDEO)
Xocalı soyqırımı tarixdə ən amansız qətliam kimi qalacaq - Sevil Mikayılova
Xocalı qətliamı ABŞ-ın Yuta Universitetində müzakirə olundu
Yaponiyada fövqəladə vəziyyət rejimi paytaxt bölgəsi xaricində hər yerdə vaxtından əvvəl ləğv ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 421 mindən çox yoluxma qeydə alınıb
Almaniyada Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş ənənəvi simpozium keçirilib (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 6 210 nəfər sağalıb
Varşavadakı Azərbaycan Evində Xocalıya həsr olunmuş sərgi təşkil edilib ( FOTO)
ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Xocalı soyqırımı qurbanlarının Bolqarıstanda yad edilməsinə çağırış edilib
"Arsenal" Avropa Liqasının 1/8 finalına çıxıb
XX əsrin faciəsi: Xocalı soyqırımından 29 il ötür
Mançester və Brayton şəhərlərində "Xocalıya ədalət!" tələbi ilə lövhələr yerləşdirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
Qarabağ hazırda "Böyük Qayıdış" bölgəsidir, hərbiçilərimiz isə daim dövlətin diqqət mərkəzindədir - Arzu Nağıyev
Ottava şəhərindəki "Qarabağ” Azərbaycan dili məktəbində Xocalı soyqırımından danışılıb
Niderlandda “Xocalıya ədalət!” tələbinin əks olunduğu poçt markaları buraxılıb
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Polşada anılıb (FOTO)
Erik Rondolat: Azərbaycan Prezidenti bir lider olaraq vəziyyətdən düzgün çıxış yolunu tapa bildi
Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib
Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
İtalyan jurnalist: Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır
Göygöldə tikili yanıb
AZAL Bakıdan Kiyevə xüsusi reyslərin icrasına başlayır
Vladimir Putin ilə Nikol Paşinyan arasında telefon danışığı olub
Prezident İlham Əliyev: Bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq
Azərbaycan Prezidenti: Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq
Prezident İlham Əliyev: Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir
İşğadan azad edilmiş ərazilərdə yetişdiriləcək əsas kənd təsərrüfatı məhsulları bunlar olacaq
Mediada yeni düşüncə, yeni layihə və yeni baxış prizmasına ehtiyac var - Bəhruz Quliyev
Könüllülər Xocalı soyqırımına həsr olunmuş tədbir keçirdi
Qeyri-formal məşğulluğun fəsadları: İnsanlar bu hüquqlarından məhrum olurlar
Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli
Həmsədrlər Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına dəstək göstərməlidir - Azay Quliyev
Ceyhun Bayramov İsrailin səfiri ilə görüşüb (FOTO)
ASAN könüllülərindən minlərlə uşağı əhatə edən növbəti layihə (FOTO)
Paşinyanın bəyanatı növbəti dəfə Rusiyanın nüfüzuna endirilən xain və sarsıdıcı bir zərbə oldu - Hərbi ekspert
ATƏT-in hazırkı sədri Azərbaycana səfər etmək niyyətindədir
Ağdamdakı dağıntılar rusiyalı jurnalistləri dəhşətə gətirdi - Trend TV-nin REPORTAJI
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı anılıb (FOTO)
Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri (FOTO)
Bakıda Pakistan hərbi nümayəndə heyəti ilə görüş keçirilib
İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə Xocalı soyqırımı anılıb (FOTO)
“Dostluq” yatağına dair İşçi Qrup yaradıldı - SƏRƏNCAM
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib
"Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib (FOTO)
Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib
ATƏT Azərbaycanın azad edilmiş ərazilərində vasitəçilik missiyalarını təşkil etməyə hazırdır
Polis zabitləri Paşinyanın istefası tələbinə qoşuldu
Xocalı soyqırımı qurbanlarının ruhu dünyanı haqqın səsinə səs verməyə çağırır - Vüqar Rəhimzadə
Yelo bankdan hamıya 14.9% ilə nağd kredit
MDU-da “Tədris prosesində innovasiya və sahibkarlıq yanaşmaları” mövzusunda təlim keçirilib (FOTO)
Şaxtadan qorunmaq üçün qurulan çadırlara 200-ə yaxın vətəndaş üz tutub - Trend TV
Prezident İlham Əliyev "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib (FOTO) (YENİLƏNİB)
Paşinyanın bəyanatı Rusiyanın hərb sənayesinə zərbə vurmaq niyyətini güdür - Siyasi şərhçi
Həftə sonu bu ərazilərdə yenidən yarmarkalar keçiriləcək
Bakı və Sumqayıtda temperatur yüksəlib - FAKTİKİ HAVA
Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT
Bütün xəbərlər