...

ATƏT-in baş katibi: Mövcud münaqişələrin sülh yolu ilə həlli istiqamətində TürkPA mükəmməl platforma olacaq

Siyasət Materials 20 Sentyabr 2012 18:44 (UTC +04:00)
ATƏT-in Vyana ofisində təşkilatın baş katibi səfir Lamberto Zannier ilə TürkPA-nın baş katibi Ramil Həsənov arasında ikitərəfli görüş keçirilib.
ATƏT-in baş katibi: Mövcud münaqişələrin sülh yolu ilə həlli istiqamətində TürkPA mükəmməl platforma olacaq

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

ATƏT-in Vyana ofisində təşkilatın baş katibi səfir Lamberto Zannier ilə TürkPA-nın baş katibi Ramil Həsənov arasında ikitərəfli görüş keçirilib.

TürkPA Katibliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, ATƏT-in Daimi Şurasında iştirakı və çıxışına görə TürkPA baş katibinə təşəkkür edən Lamberto Zannier iki təşkilat arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafından məmnun olduğunu dilə gətirib. Həmçinin, Zannier Mərkəzi Asiya regionu, Əfqanıstan və digər region ölkələri ilə əlaqələrin sıxlaşdırılmasında, Əfqanıstanda sabitliyin və sülhün bərpa olunmasında, mövcud münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində TürkPA-nın mükəmməl platforma olacağını vurğulayıb.

Həsənov səmimi qəbula görə ATƏT baş katibinə xüsusi təşəkkürünü bildirib, parlament diplomatiyasının qlobal dialoqun tərkib hissəsi kimi bütün münaqişələrin, münaqişələrin həll oluna bilməsində effektiv bir platforma olaraq istifadə edilə biləcəyini, Əfqanıstanda sülhün bərqərar olunması, münaqişələrin danışıqlar yolu ilə həll olunması istiqamətində TürkPA üzv ölkələrinin səylərini davam etdirdiyini və bu istiqamətdə TürkPA-nın ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa hər zaman hazır olduğunu qeyd edib.

Görüşün sonunda TürkPA baş katibi tərəfindən ATƏT baş katibinə xüsusi xatirə hədiyyəsi təqdim edilib.

Xəbər lenti

Xəbər lenti