...

İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Məclisinin komitə sədrini qəbul edib (FOTO)

Siyasət Materials 21 Sentyabr 2012 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Məclisinin komitə sədrini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Məclisinin Xarici İşlər üzrə Komitəsinin sədri, keçmiş xarici işlər naziri Li Caosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Li Caosi Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu vurğuladı. O, Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının rolunu xüsusi qeyd etdi.

Çin Xalq Respublikasına uğurla keçən ilk rəsmi səfərini və Pekin Olimpiya Oyunları zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açdığını dedi. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi, mədəni və digər sahələrdə də əməkdaşlığın inkişaf etdiyini bildirdi.

Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyəti qeyd olundu, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edildi.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti