...

İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 3 Oktyabr 2012 15:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.
İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə ISESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Əbdüləziz bin Osman əl-Tüveycrinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd etdi.

Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, Forumun artıq ənənəyə çevrildiyi məmnunluqla qeyd olundu. Görüşdə, həmçinin Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edildi.

Xəbər lenti

Xəbər lenti