...

YAP Gülər Əhmədovanın yerinə partiyanın namizədini nə zaman açıqlayacağına aydınlıq gətirib

Siyasət Materials 3 Oktyabr 2012 16:57 (UTC +04:00)
Azərbaycanın hakim partiyası deputatlıq mandatı ləğv edilən Gülər Əhmədovanın yerinə partiyanın namizədini nə zaman açıqlayacağına aydınlıq gətirib.
YAP Gülər Əhmədovanın yerinə partiyanın namizədini nə zaman açıqlayacağına aydınlıq gətirib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev, M.Əliyev/

Azərbaycanın hakim partiyası deputatlıq mandatı ləğv edilən Gülər Əhmədovanın yerinə partiyanın namizədini nə zaman açıqlayacağına aydınlıq gətirib.

"Qərar qanuni qüvvəyə minəndən sonra MSK nə vaxt seçki elan edəcəksə, o zaman biz həmin dairəyə namizədimizi verə bilərik", - bunu Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

34 saylı Xətai seçki dairəsində seçkilərin vaxtı ilə bağlı sualı cavablandırarkən MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, hələ bununla bağlı qərar MSK tərəfindən qəbul olunmayıb, bu məsələ müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti