...

Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə birgə əməliyyat istintaq qrupu yaradılıb

Siyasət Materials 3 Oktyabr 2012 19:45 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi üzrə birgə əməliyyat istintaq qrupu yaradılıb.
Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə birgə əməliyyat istintaq qrupu yaradılıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi üzrə birgə əməliyyat istintaq qrupu yaradılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, istintaq qrupuna Baş Prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin əməkdaşları cəlb edilib.

Qeyd edək ki, sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli Məclis deputatının mandatdan imtina etməsi ilə əlaqədar deputatlıqdan məhrumetmə ilə bağlı məsələlərin qanunla müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, deputat Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün MSK-ya göndərilib.

Bu gün MSK Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti