...

İtaliyanın sabiq XİN rəhbəri: Bakı multikulturalizm və dinlərin qarşılıqlı hörmətinin nümunəsidir

Siyasət Materials 4 Oktyabr 2012 15:48 (UTC +04:00)
Bakı multikulturalizm, həmçinin dinlər və mədəniyyətlərin qarşılıqlı hörmətinin yaxşı nümunəsidir.
İtaliyanın sabiq XİN rəhbəri: Bakı multikulturalizm və dinlərin qarşılıqlı hörmətinin nümunəsidir

Azərbaycan, Bakı, 4 oktyabr/Trend, müxbir E. Tariverdiyeva/

Bakı multikulturalizm, həmçinin dinlər və mədəniyyətlərin qarşılıqlı hörmətinin yaxşı nümunəsidir. Trend-in məlumatına görə, bunu cümə axşamı İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini Bakıda keçirilən II Beynəlxalq Humanitar Forum zamanı bildirib.

"Fikrimcə, beynəlxalq mədəni dialoq və əməkdaşlıq çərçivəsində bir çox məsələləri müzakirə etmək üçün yaxşı imkanımız var", - o deyib.

Frattinin sözlərinə görə, bu tədbirin keçirilməsi üçün Bakının seçilməsi çox rəmzidir.

"Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Hazırda dünyada bir sıra münaqişə və böhranlar baş verir. Bura Aralıq dənizi və Yaxın Şərqdəki, o cümlədən dondurulmuş Dağlıq Qarabağ münaqişəsini aid edirəm", - sabiq nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti