...

Ərdoğan: Türkiyə nüvə proqramı məsələsində İranı həmişə dəstəkləyib

Siyasət Materials 9 Oktyabr 2012 15:06 (UTC +04:00)
ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən İrana qarşı çoxsaylı sanksiyalar və təzyiqin göstərilməsinə baxmayaraq, Türkiyə Tehranın nüvə proqramında mövqeyini həmişə dəstəkləyib.
Ərdoğan: Türkiyə nüvə proqramı məsələsində İranı həmişə dəstəkləyib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Tağıyeva/

ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən İrana qarşı çoxsaylı sanksiyalar və təzyiqin göstərilməsinə baxmayaraq, Türkiyə Tehranın nüvə proqramında mövqeyini həmişə dəstəkləyib. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin digər ölkələrlə münasibətləri dini mənsubiyyətdən asılı deyil. Belə ki, sünni dövləti olan Türkiyə şiə ölkəsi İranı həmişə dəstəkləyib.

"Qərbin İrana qarşı mövqeyimizi dəyişməklə bağlı məsləhətlərinə baxmayaraq, Ankara Tehranın nüvə proqramını dəstəkləməkdə davam edir", - Baş nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti