...

Azərbaycan və İtaliya miqrasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Siyasət Materials 10 Oktyabr 2012 18:54 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev ölkəmizdə səfərdə olan İtaliya Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin nümayəndə heyətini qəbul edib.
Azərbaycan və İtaliya miqrasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev ölkəmizdə səfərdə olan İtaliya Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin nümayəndə heyətini qəbul edib.

DMX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda sürətli iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının gündən-günə artmasının müşahidə olunduğunu vurğulayan Firudin Nəbiyev, həmçinin miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisdində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.

Nümayəndə heyətinin rəhbəri, İtaliya DİN-in Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin rəisi Rodolfo Rankoni idarə barədə məlumat verərək bildirib ki, idarənin əsas vəzifəsi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq, əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarına riayət etməsinə nəzarət etməkdir. İtaliya ərazisində 34 buraxılış məntəqəsində 104 regional mərkəzlə fəaliyyət göstərən idarə əsasən miqrasiyaya nəzarət, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qanunsuz miqrasiyaya şərait yaradan cinayətkar qrupların aşkara çıxarılması və digər məsələlərlə məşğuldur.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, qurumlararası təcrübə mübadiləsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəis müavini general- mayor Fərhad Tağızadə də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti