Azərbaycan, Bakı, 12 oktyabr / Trend, müxbir A.Tağıyeva/
Türkiyə Silahlı Qüvvələrinə Suriya ilə sərhəd rayonlarda əməliyyatlar aparılması üçün mandat verilməsindən sonra bu ölkə ilə sərhəddə Türkiyənin 250 tankı və artilleriyası yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti xəbər verib.
Qəzet qeyd edir ki, bu, Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib və Suriya ərazisində hərbi əməliyyatların aparılmasına hazırlıq deyil.
Ankara bəyan edir ki, belə tədbirlər gələcəkdə baş verə biləcək təxribatlardan xəbərdarlıq məqsədi daşıyır və söhbət hərbi qarşıdurmanın başlamasından getmir.