Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir S.Ağayeva/
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrın 15-də Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Abdullayev deyib ki, iclasda regional məsələlər müzakirə ediləcək.
Onun sözlərinə görə, Azərbaycan İƏT ilə əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, oktyabrın 15-16-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısı və Nazirlər Şurasının 20-ci iclası keçiriləcək.