Leyla Əliyeva: RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcək (FOTO)

Leyla Əliyeva: RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcək (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Cümə günü Moskvada, "Holidey İnn Moskva Sokolniki" otelində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) illik forumu keçirilmişdir. Forumun açılış mərasimində RAGT-ın sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Beynəlxalq ekologiya kampaniyasının təsisçisi Leyla Əliyeva, habelə Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak etmişlər. Bu barədə AzərTAc agentliyi xəbər verir.

Forum başlanmazdan əvvəl Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF-Rossiya) və IDEA Beynəlxalq kampaniyası arasında əməkdaşlıq haqqında sazişin təntənəli imzalanma mərasimi olmuşdur. Sənədi IDEA kampaniyasının təsisçisi Leyla Əliyeva və Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondunun sədri İqor Çestin imzalamışlar. Əməkdaşlıq haqqında sazişdə Rusiyanın və Azərbaycanın təbiətinin qorunması sahəsində qabaqcıl ekoloji praktika, texnologiya və standartların tətbiqi, populyarlaşması, əhalinin ekoloji şüurunun formalaşması istiqamətlərində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, habelə Avropa zubrunun və Orta Asiya bəbirinin populyasiyasının bərpası proqramlarının inkişaf etdirilməsi nəzərdə tutulur.

RAGT-ın sədri Leyla Əliyeva "Azərbaycan" sərgisi ilə tanış olmuşdur.

İmzalanma mərasimindən sonra RAGT-ın illik forumu açılmışdır.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.

Təntənəli tədbiri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açmışdır. Səfir ötən beş ildə bu təşkilatın böyük uğurlar qazandığını qeyd etmişdir. Onun fikrincə, bu gün RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır.

"Sizin daha yaxşı gələcəyə istiqamətlənməyiniz, qeyri-standart qərarlar qəbul etmək bacarığınız azərbaycanlıların keyfiyyətcə yeni, kreativ təfəkkürlü nəslinin yetişməsinə dəlalət edir. Bu gün RAGT Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər təşkilatlarından birinə çevrilmişdir", - o deyib.

Sonra RAGT-ın fəaliyyəti haqqında sənədli film nümayiş etdirilmişdir.

Tədbirin moderatoru, Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxov RAGT-ın fəaliyyəti barədə səmimi söhbət açmış, sonra isə çıxış üçün bu gün yenidən RAGT-ın sədri seçilmiş Leyla Əliyevaya söz vermişdir.

"RAGT artıq beş ildir ki, mövcuddur. Bu gün kifayət qədər inamla demək olar ki, biz gənclərin həyatında yüksək nəticələrə nail olmuşuq. Təşkilatımız ilbəil qüvvə toplayır və mən ümid edirəm ki, bugünkü konfrans ən geniş miqyaslı, maraqlı və mühüm tədbir olacaqdır. Zalda çoxlu tanış simalar, gənclər görürəm, bunlar bizim RAGT-ın fəallarıdır. Zalda regionlardan gəlmiş tələbələr də çoxdur. Bu gün RAGT-ın 70-dən artıq regional bölməsi vardır və mən sizə təşəkkür etmək istəyirəm ki, bu qədər uzun yol qət edərək konfransda iştirak etmək üçün buraya gəlmisiniz. Bu gün zalda birinci kurs tələbələri də çoxdur. Onlar üçün tədris ili yenicə başlanmışdır. Mən sizi dərs ilinin başlanması münasibətilə təbrik etmək, bütün təşəbbüslərinizdə və təhsilinizdə sizə uğur diləmək istəyirəm. Əminəm ki, RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfəsini verəcəkdir. Axı Azərbaycan ilə Rusiyanı tarixən bir-birinə bağlayan tellər çoxdur - mədəni əlaqələrdən, ortaq bayramlardan, adət və ənənələrdən başlamış, sadə, səmimi insani münasibətlərə qədər", - o bildirib.

Leyla Əliyevanın fikrincə, insanlar arasında bu cür canlı əlaqələr, səmimi münasibətlər hər şeydən üstündür. Azərbaycan həmişə müxtəlif dinlərin, müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşadığı ölkə olmuşdur. "Bizim üçün tolerantlıq nailiyyət deyildir, bu, həyat tərzidir, normadır. Azərbaycan həmişə açıq və sülhsevər ölkə olmuşdur. Az adam bunu bilir ki, Azərbaycanda qadınlara hələ 1918-ci ildə, müsəlman Şərqində Azərbaycanda ilk demokratik Parlament Respublikası elan ediləndə səsvermə hüququ verilmişdi. Müsəlman qızlar üçün ilk məktəb də Azərbaycanda tikilmiş, Şərqdə ilk opera da Azərbaycanda yaradılmışdır. Böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə bizim ölkədə həmişə hörmət və məhəbbət bəslənmişdir. Azərbaycan bu gün də postsovet məkanında yeganə dövlətdir ki, onun məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanmışdır. Azərbaycanda Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyəti Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Bu gün Azərbaycanda 16 mindən çox tələbə rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu da bizim ölkədədir. Mənim fikrimcə bu, hər iki tərəf üçün çox dəyərlidir, çünki heç bir başqa amil xalqları mədəni müxtəliflik amili qədər yaxınlaşdırmır, dostluğu onun qədər möhkəmlətmir. Ümid edirəm ki, RAGT bu dostluğa öz töhfəsini verə biləcək və Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edəcək, gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, onların Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və bənzərsiz incəsənətini təmsil etməsinə kömək göstərəcəkdir. Sözün düzü, biz RAGT-ı yaratmağa yenicə başlayanda mən bilirdim ki, hər şey yaxşı olacaqdır. Lakin bizim gənclərin intellekti, istedadı, təşəbbüskarlığı, Vətənimizə məhəbbəti mənim gözlədiklərimdən də üstün oldu. Buna görə çox sağ olun", - o bildirib.

Leyla Əliyeva qeyd edib ki, bu gün Rusiyada altı minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. "Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclik qrupları yaradılmışdır və bizim gənclər mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində fəal iştirak edir, öz təşəbbüsləri ilə uşaq evlərinə baş çəkir, "Qanın milləti yoxdur" devizi altında pulsuz qanvermə aksiyalarında iştirak edirlər. RAGT bizim gənclərin idmanla bağlı bütün təşəbbüslərini dəstəkləyir, klublar və ali məktəblər arasında müxtəlif müsabiqələr və yarışlar təşkil edir. RAGT ətraf mühitin qorunması məsələsinə də böyük diqqət yetirir və beynəlxalq IDEA hərəkatının bütün layihələrini dəstəkləyir. Buraya ağac əkmək, quşlar üçün yuvalar düzəldilməsi, müsabiqələr, seminarlar təşkil edilməsi kimi tədbirlər aiddir. Zənnimizcə, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların müdafiə edilməsi çox vacibdir.
Bu günlərdə biz "Neyşnl ceoqrafik"in fotoqrafı Rza Diqqəti ilə birlikdə IDEA-nın növbəti müştərək layihəsini uğurla başa çatdırmışıq. Bu layihə sayəsində dünyanın 90 ölkəsindən olan uşaq və gənclər ətraf mühitin qorunması barədə öz təsəvvürlərini bölüşmək imkanı əldə etmişlər. Mən sevinc hissi ilə elan etmək istəyirəm ki, həmin layihədə birinci yeri səkkiz yaşlı rusiyalı Anastasiya Vorobko tutmuşdur. Anastasiya bu gün bu zaldadır. Onun cəmi səkkiz yaşı var. Bu yaşında həqiqətən çox gözəl şəkillər çəkməyə nail olmuşdur. Əlbəttə, bütün ekoloji layihələrin dövlət sərhədləri çərçivəsində qapanıb qalmaması çox vacibdir. Cəmi bir saat bundan əvvəl biz Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu ilə əməkdaşlıq haqqında saziş imzalamışıq və güman edirəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir", - o deyib.

Bizim maraqlı planlarımız, layihələrimiz və ideyalarımız çoxdur, o bildirib. "Bu beş ildə çox iş gördüyümüzə baxmayaraq, əldə edilmiş nailiyyətlə kifayətlənmək fikrində deyiliksə, qarşıda çox mühüm vəzifələrimiz vardır. Bu gün Azərbaycan çox böyük sürətlə inkişaf edən müasir, müstəqil dövlətdir: yeni yollar çəkilir, binalar tikilir, parklar, körpülər salınır, memarlıq abidələri, muzeylər, teatrlar bərpa olunur. Hətta mən özüm də hər dəfə şəhərimizə gələndə onun necə sürətlə dəyişməsinə və gözəlləşməsinə heyrətlənirəm. Dövlətimiz mədəniyyətin, elmin, texnologiyaların və təhsilin inkişafına çox böyük diqqət yetirir. Ərazilərimizin iyirmi faizinin işğal altında olmasına, ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün olmasına baxmayaraq biz inanırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllimi tapacaq və bütün qaçqınlar öz doğma yurdlarına, evlərinə qayıdacaqlar.
Biz, xaricdə yaşayan Azərbaycan gəncləri bu münaqişə haqqında həqiqəti dünya birliyinə çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi, ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri həmişə əlbir olsaq, bir-birimizi eşitsək, bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə yanaşsaq, onda istənilən çətinlikləri dəf edə biləcəyik və həmişə üzüağ, alnıaçıq olacağıq. RAGT-ın qapıları isə həmişə açıqdır. Biz sizin ideyalarınızı, təşəbbüslərinizi dəstəkləməyə həmişə hazırıq. Biz Rusiyanın digər gənclər təşkilatları ilə də əməkdaşlıq etməyə hazırıq. İnanıram ki, biz bir-birimizdən çox şey öyrənə bilərik. Beş il ərzində görülmüş bütün işlərə görə sizə bir daha təşəkkür edirəm və əminliklə deyə bilərəm ki, RAGT bir təşkilat kimi özünü təsdiq etmişdir. Son olaraq, Azərbaycana və Rusiyaya sülh və firavanlıq arzulamaq istərdim", - Leyla Əliyeva deyib.

Gənclər və idman naziri Azad Rəhimov qeyd etmişdir ki, bu gün RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. O, xüsusi vurğulamışdır ki, artıq bu gün Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olmuşdur və bunu davam etdirir.
RF Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Rusiya Sülh Fondunun idarə heyətinin sədri Leonid Slutski RAGT-ın çoxşaxəli fəaliyyətini və onun rəhbəri Leyla Əliyevanın şəxsi töhfəsini yüksək qiymətləndirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, görkəmli filosoflar dünyanı dəyişdirməyə, novator ideyalar irəli sürməyə və heç vaxt, xüsusən öz ideyalarının müdafiəsi məsələsində heç kəsə güzəştə getməməyə çağırmışlar.

RF Təhsil və Elm Nazirliyinin uşaqların əlavə təhsili, tərbiyəsi və gənclər siyasəti departamentinin direktoru Aleksandr Stradze, "Yedinaya Rossiya" partiyasının "Molodaya qvardiya" Rusiya Gənclər Təşkilatının sədri Alla Buçkova , RF Federal Məclisinin Federasiya Şurasının üzvü Ruslan Qattarov Leyla Əliyevanı RAGT-ın sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etmiş və gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları ilə əməkdaşlığa, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirmişlər.

ÜAK-ın prezidenti Məmməd Əliyev, "Böyük İpək Yolu" Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov qeyd etmişlər ki, RAGT-ın genişmiqyaslı fəaliyyəti xalqlarımız arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycan gənclərinin birləşməsinə və cəmiyyətə inteqrasiyasına şərait yaradır.

Tədbirdə RF Dövlət Dumasının sədri Sergey Narışkinin forum iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbirin sonunda əlaçı birinci kurs tələbələrinin təltif edilməsi mərasimi keçirilmişdir. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə "RAGT əlaçısı" diplomlarını təqdim etmişdir.

Konfransdan sonra Leyla Əliyeva və forumun bütün iştirakçıları Rusiya və Azərbaycan incəsənət ulduzlarının möhtəşəm konsertinə tamaşa etmişlər.

Daha beş ölkədən  turistlər Baliyə gələ biləcəklər
Daha beş ölkədən turistlər Baliyə gələ biləcəklər
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Rusiya və Türkiyə turizm sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Azərbaycana ukraynalı turistlərin cəlbi müzakirə olunub
Loading Bars
Xəbər lenti
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Bütün xəbərlər