...

Mixail Saakaşvili Bidzina İvanişvilini Baş nazir postuna təqdim edib

Siyasət Materials 17 Oktyabr 2012 16:32 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkədə keçirilən parlament seçkilərində qalib gəlmiş koalisiyanın lideri Bidzina İvanişvilini Baş nazir postuna təqdim edib.
Mixail Saakaşvili Bidzina İvanişvilini Baş nazir postuna təqdim edib

Gürcüstan, Tbilisi, 17 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkədə keçirilən parlament seçkilərində qalib gəlmiş "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilini Baş nazir postuna təqdim edib.

Trend-in məlumatına görə, prezidentin mətbuat katibi Manana Mancqaladze bildirib ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinə uyğun olaraq, İvanişvili on gün ərzində hökumətin yeni tərkibini formalaşdırmalı və təsdiq olunması üçün Gürcüstan parlamentinə təqdim etməlidir.

Bidzina İvanişvili Gürcüstanın yeni hökumətinə namizədləri artıq təqdim edib.

O qeyd edib ki, yeni tərkibin təsdiq olunmasından sonra hökumətdə struktur dəyişikliklər aparılacaq və Nazirlər Kabineti yenidən dəyişdiriləcək. İvanişvili oktyabrın 4-dən yeni Nazirlər Kabinetinin formalaşması üçün məsləhətləşmələr aparır.

Hazırkı hökumət və Prezident Mixail Saakaşvili ilə əldə olunan razılaşmaya görə, nazir postuna namizədlər rəhbərlik edəcəkləri qurumun işi ilə artıq tanış olurlar.

Yeni Nazirlər Kabineti oktyabrın 21-də yeni parlamentin toplanmasından və işə başlamasından sonra təsdiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti