Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
Oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə raport verdi.
Bosniya və Herseqovinanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçə, Bosniya və Herseqovinanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Prezidentinin və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin qarşısından keçdi.
Azərbaycan Prezidenti və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri rəsmi foto çəkdirdilər.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin rəsmi qarşılanma mərasimi olub (FOTO)
Oktyabrın 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin rəsmi qarşılanma mərasimi olmuşdur