...

Suriya XİN: Aİ-nin Dəməşqə qarşı sanksiyaları terrorçuların dəstəklənməsinə yönəlib

Siyasət Materials 18 Oktyabr 2012 11:52 (UTC +04:00)
Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları Suriya xalqına qarşı yönəlib və terrorçuların açıq şəkildə dəstəklənməsi deməkdir. Bu barədə ölkə XİN-in məlumatında deyilir.
Suriya XİN: Aİ-nin Dəməşqə qarşı sanksiyaları terrorçuların dəstəklənməsinə yönəlib

Azərbaycan, Bakı, 18 oktyabr / Trend, müxbir R.Hafizoğlu/

Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları Suriya xalqına qarşı yönəlib və terrorçuların açıq şəkildə dəstəklənməsi deməkdir. Bu barədə ölkə XİN-in məlumatında deyilir.

Trend-in məlumatına görə, cümə axşamı Suriyanın SANA agentliyi xəbər verib ki, XİN-in bəyanatında habelə Aİ sanksiyalarının heç bir hüquqi əsası olmadığı və beynəlxalq hüquqa zidd olduğu bildirilir.

Aİ oktyabrın 16-da Dəməşqə qarşı növbəti sanksiyalar qəbul edib. Yeni sanksiyalar paketinə üçüncü ölkə vasitəsilə Suriyaya hava və dənizlə çatdırılan silahların sığortalanmasına qadağa daxildir. Bundan başqa, Aİ ərazisinə gediş-gəlişi qadağan olunan Suriya məmurlarının "qara siyahısı" genişləndirilərək daha 28 nəfərin adı həmin siyahıya salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti