...

Azərbaycan və Latviya parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq

Siyasət Materials 3 Noyabr 2012 12:17 (UTC +04:00)
Noyabrın 4-də Azərbaycanın millət vəkilləri Rövşən Rzayev, Aydın Abbasov, Fuad Muradov və Sədaqət Vəliyeva Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.
Azərbaycan və Latviya parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsi müzakirə olunacaq

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 4-də Azərbaycanın millət vəkilləri Rövşən Rzayev, Aydın Abbasov, Fuad Muradov və Sədaqət Vəliyeva Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Latviya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Yanis Reirsin dəvəti əsasında həyata keçirilir. Səfər müddətində deputatlarımız Latviya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq, ölkəmizlə parlamentlərarası əlaqələr üzrə qrupun, Parlament İslahat Partiyasının, Büdcə və maliyyə (vergi) komitəsinin, "Konkord" mərkəzi parlament qrupunun, Latviya Seyminin Xarici işlər komitəsinin, Parlament Yaşıllar və Fermerlər İttifaqının, Parlament Birlik qrupunun üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

Danışıqlar zamanı millət vəkilləri hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və digər aktual məsələlər barədə fikirlərini bölüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti