...

ABŞ diplomatı: Hər bir ölkənin tərəqqisində qadınlar mühüm rol oynayır

Siyasət Materials 3 Noyabr 2012 14:07 (UTC +04:00)
Hər bir ölkənin tərəqqisində qadınlar mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melanne Verveyer deyib.
ABŞ diplomatı: Hər bir ölkənin tərəqqisində qadınlar mühüm rol oynayır

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbirlər E.Mehdiyev, E.Tariverdiyeva/

Hər bir ölkənin tərəqqisində qadınlar mühüm rol oynayır. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melanne Verveyer deyib.

Verveyerin sözlərinə görə, o, Azərbaycana bütün dünyada həyata keçirdiyi işləri davam etdirmək üçün gəlib.

"Bu iş qadınların siyasətdə, cəmiyyətdə və iqtisadiyyatda iştirakına diqqəti cəlb etməkdən ibarətdir", - o, Bakıda jurnalistlərə bildirib.

Diplomat səfəri çərçivəsində hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Müzakirələrin əsas mövzusu həyatın bütün sahələrində qadınların rolunun artırılması olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti