...

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə səfiri ilə görüşüb

Siyasət Materials 7 Noyabr 2012 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə yeni fəaliyyətə başlamış səfiri səmimi salamlayan Şeyxülislam Paşazadə ona gələcək fəaliyyətində uğurlar diləyib, qardaş ölkələrimiz və xalqlarımız arasında mövcud yüksək səviyyəli əlaqələrin, o cümlədən, dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir QMİ sədrinin qardaş xalqlarımız arasında mənəvi əlaqələrin genişlənməsi istiqamətində səylərini yüksək dəyərləndirdiklərini, Qafqazın dini liderinin bölgədə sülh və sabitliyin bərqərarı işinə verdiyi şəxsi töhfənin, qarşılıqlı anlaşma yönündə fəaliyyətinin böyük əhəmiyyət daşıdıgını xüsusi vurgulayıb.

Alper Coşqun Paşazadənin Avrasiya Forumunun bu ay baş tutacaq növbəti toplantısına dəvət edilməsinin onəmli olduğunu, QMİ sədrinin bu və digər tədbirlər çərçivəsində qardaş dövlətə səfərlərinin dini-mənəvi münasibətlərimizin daha da dərinləşməsi baxımından qarşılıqlı fayda kəsb etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti