...

Dövlət naziri: Gürcüstan heç vaxt Azərbaycan ilə strateji münasibətlərə xələl gətirəcək qərar qəbul etməyəcək

Siyasət Materials 7 Noyabr 2012 20:04 (UTC +04:00)
Rəsmi Tbilisi heç vaxt Gürcüstan və Azərbaycan arasındakı strateji münasibətlərə xələl gətirəcək qərar qəbul etməyəcək.
Dövlət naziri: Gürcüstan heç vaxt Azərbaycan ilə strateji münasibətlərə xələl gətirəcək qərar qəbul etməyəcək

Gürcüstan, Tbilisi, 7 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Rəsmi Tbilisi heç vaxt Gürcüstan və Azərbaycan arasındakı strateji münasibətlərə xələl gətirəcək qərar qəbul etməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti-nin Tbilisi ofisinin mətbuat klubunda Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvili Abxaziya ərazisindən Rusiya ilə dəmiryol əlaqəsinin bərpa edilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan ekspertinin narahatlığına münasibət bildirərkən deyib.

"Mən bu məsələ ilə əlaqədar Azərbaycanın hökumət nümayəndələrinin heç bir bəyanatımı eşitməmişəm. Ekspertlərə gəlincə, onlar şox şey deyə bilərlər. Azərbaycanın narahat olmağa heç bir əsası yoxdur. Azərbaycan strateji tərəfdaşımızdır və bu münasibətlərə kölgə sala biləcək belə addımlar istisna edilir", - Zakareişvili qeyd edib.

Böyük səs-küyə səbəb olan Abxaziya ərazisindən dəmiryol əlaqəsinin bərpa edilməsi məsələsinə gəlincə, dövlət naziri bildirib ki, bu məsələ gündəlikdə deyil. O, dəmiryol əlaqəsini danışıqların mövzusu deyil, dialoqun mövzularından biri kimi adlandırıb.

Bununla yanaşı, Zakareişvili vurğulayıb ki, bu məsələ Gürcüstan-Rusiya münasibətlərinə aiddir, müvafiq olaraq, Gürcüstan Xarici İşlər Nazirliyinin və Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsinin səlahiyyətindədir. Reinteqrasiya üzrə dövlət nazirinin aparatı isə bu məsələdə iştirak etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti