Novruz Məmmədov: Azərbaycanda insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir (MÜSAHİBƏ)

Novruz Məmmədov: Azərbaycanda insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi

- Novruz müəllim, Avropa Komissiyasının elektron məsələlər üzrə vitse-prezidenti Neelie Kroes bu günlərdə Azərbaycanda internet azadlığı barədə bir neçə müsahibə verib. Bu barədə...

- Düzünü sizə deyim, mənim bu xanım haqqında məlumatım azdır. Onu bilirəm ki, Azərbaycana birinci dəfədir gəlir və Azərbaycan haqqında ümumiyyətlə heç bir məlumatı yoxdur. Əgər belə olmasaydı, onu müşayiət edən azərbaycanlı nümayəndədən soruşmazdı ki, Naxçıvan niyə Azərbaycandan aralı düşüb. Ancaq, eybi yoxdur, bilməmək böyük günah deyil. Buna fikir verməmək də olar.

- Xanım Neelie Kroesin səfərinin məqsədi nə idi?

- Maraqlısı odur ki, Azərbaycana birinci dəfədir gəlir. O da maraqlıdır ki, xanım Neelie Kroes Azərbaycanda BMT-nin təşkilatçılığı ilə keçirilən VII İnternet İdarəçilik Forumunun açılış sessiyasına və mərasiminə dəvətli olsa da, bu mühüm tədbirlərə gəlməyib. Yəni BMT-nin belə mühüm bir tədbiri Azərbaycanda keçirməsinin bu beynəlxalq təşkilatın Azərbaycanın internet idarəçiliyi sahəsində əldə etdiyi uğurlara verdiyi yüksək qiymət olmasına baxmayaraq, xanım Neelie Kroes üçün maraqlı olmayıb.

- Yəni belə düşünməyə əsas var?

- Bilirsiniz, artıq qeyd etdim ki, VII Beynəlxalq İnternet İdarəçilik Forumunu BMT təşkil edib. Bu Foruma 1500-dən artıq internet idarəçiliyi ilə məşğul olan xarici mütəxəssis, rəhbər gəlmişdi. 20-dən artıq ölkənin nazirləri iştirak edirdi. Bu nümayəndələrin arasında BMT baş katibinin müavini cənab Hu, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi cənab Ture, İnternet İdarəçilik Korporasiyasının prezidenti cənab Fadi Şehad, ABŞ Beynəlxalq İnternet Cəmiyyətinin prezidenti xanım Lin St.Amur, ABŞ Dövlət Departamentinin informasiya və kommunikasiya üzrə baş koordinatoru cənab Verveyer, "Google" şirkətinin vitse-prezidenti cənab Vinton Serf və internet idarəçiliyi sahəsində onlarla bu kimi yüksək mənsəb sahibləri var idi.

- Bəs belə bir mötəbər toplantıda - Forumda əsas fikir nədən ibarət oldu?

- Məsələ burasındadır ki, yuxarıda adlarını sadaladığım rəhbər nümayəndələr, eyni zamanda, Böyük Britaniyanın, Sloveniyanın, Misirin nazirləri, eləcə də digər natiqlərin əsas mövqeyi ondan ibarət idi ki, Azərbaycan internet idarəçiliyi sahəsində həqiqətən də böyük uğurlar qazanıb. Azərbaycanda internet azadlığı var. Ölkədə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da insan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi Azərbaycanda da qlobal internet şəbəkəsinin insanlara verdiyi yeni imkanlardır.

- Bütün bunlarla bərabər xanım Neelie Kroesin fikirləri ilə bağlı nə deyə bilərsiniz?

- Bir daha təkrar edirəm. Xanım Neelie Kroes Avropa Komissiyasının elektron məsələlər üzrə vitse-prezidenti olaraq dəvət aldığı Forumun əsas tədbirlərinə qatılmayıb. Azərbaycana birinci dəfədir gəlib, ölkəmiz haqqında məlumatı isə yox dərəcəsindədir. Bununla belə, təəssürat yaranır ki, xanım sanki özünün qarşısına qoyduğu xüsusi missiya ilə gəlib. Bu missiya isə Azərbaycan haqqında yalan, qərəzli, həqiqətəuyğun olmayan məlumatları müsahibə verməklə yaymaq olub. Axı sual yaranır: bu sahə üzrə dünya ictimaiyyəti internet idarəçiliyi sahəsində, ifadə azadlığının təmin edilməsində Azərbaycan hökumətinin fəaliyyətinə yüksək qiymət verərək Azərbaycanı regionun lideri hesab edir, xanım Neelie Kroes isə qarayaxmaqla məşğul olur. Məqsəd bu idisə elə Brüsseldə edəydi. Onsuz da onun Azərbaycandan xəbəri yoxdur.

Xanım Neelie Kroes anlamalıdır ki, o, çox yüksək vəzifə tutur, onun vəzifəsi isə əməkdaşlığa töhfə verməkdir, mane olmaq yox. Əgər hesab edirsə ki, müstəqil dövlətə göstəriş və ya əmr vermək hüququ var, səhv edir. Bunu başa düşmək lazımdır. Azərbaycanla belə yüksək tonda danışmaq qəbuledilməzdir. O bunu başa düşmürsə, təəssüf edirəm.

Digər tərəfdən, xanım Neelie Kroes fundamental hüquqlardan ağızdolusu danışmaqla bunun məsuliyyətini necə başa düşür, bilmirəm, amma, deyəsən, heç Azərbaycan ərazilərinin iyirmi ildən artıq işğal altında qaldığından və bu ərazilərdə yaşayan bir milyon əhalinin illər ərzində bu fundamental hüquqlardan məhrum olduğundan xəbəri yoxdur. Olsaydı, heç olmasa özünə bəraət qazandırmaq üçün bir söz deyərdi.

Xanım Neelie Kroes yəqin bilməmiş deyil ki, (bu vəzifəsində iki ilə yaxındır ki işləyir) belə qərəzli, həqiqətəuyğun olmayan bəyanatlar əməkdaşlığın inkişafına töhfə verə bilməz, əksinə mane olar. Ona görə də, başqa sahələrə də qarışmaqla özünü pis vəziyyətdə qoymasın. Azərbaycan Respublikasının həm Avropa İttifaqı, həm də NATO ilə əməkdaşlığı indiyədək çox yüksək səviyyədədir. Xanım Neelie Kroesin nəzərinə çatdırıram ki, Azərbaycanla Aİ arasında strateji əməkdaşlıqla bağlı memorandum hələ 2006-cı ildə imzalanıb. Yəqin bundan da xəbərsizdir. NATO ilə əməkdaşlığa gəldikdə isə, bütün sahələri, o cümlədən Əfqanıstanla bağlı əməkdaşlığa nəzərə alsaq, düşünürəm ki, bu əməkdaşlıqda Azərbaycanın rolunun nə dərəcədə yüksək qiymətləndirildiyini vurğulamağa ehtiyac yoxdur. Xanım Neelie Kroes, azacıq da olsa maraqlansaydı, dediklərinə peşman olardı.

Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Şuşanın bərpa olunması ilə bağlı tapşırıqlarını verib
Prezident İlham Əliyev: Bizə saxta tarix lazım deyil
Azərbaycan Prezidenti: Guya Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. Ağ yalandır!
Prezident İlham Əliyev: O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, Şuşanı satan birinci o olmuşdur
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi nə qədər öz xalqından gizlətsə də, Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib
Azərbaycan Prezidenti: Əgər ermənilər Şuşanı öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar?
Azərbaycan XİN Fərman İsmayılovun nəşinin ölkəyə gətirilməsinə görə Türkiyəyə minnətdarlıq edib
Prezident İlham Əliyev: Şuşa erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi
Prezident İlham Əliyev Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovu qəbul edib (FOTO)(VİDEOYAYIM) (YENİLƏNİB)
Restorandan oğurluq edən gənclər saxlanılıb (FOTO)
Rusiyada hərbi hissənin damı çökdü - Yaralılar var
Siqaretlə bağlı aksiz dərəcəsi niyə artırılır? - Komitə sədrindən AÇIQLAMA
Pandemiya gənclərin internet asılılığını artırıb - Sorğu
Qusarda karantin qaydalarını pozan kafe aşkarlanıb
Cəlilabad sakinlərindən heroin və “beşbarmaq” götürülüb
" Yəşim - Çin daşların padşahıdır": Çin mədəniyyəti üzrə dərs
Sabah rayonlarda qar gözlənilir
Dünyada hər gün 3,5 milyon nəfər peyvəndlənir
Dövlət Komitəsinin strukturunda dəyişiklik - Bir neçə sektor ləğv edildi
Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?
Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi - Sərəncam
Qeyri-neft sektoru üzrə ötən il qeydə alınan vergi daxilolmaları ən yüksək göstəricidir - Nazir
Məktəblərdə dərslər iyunun 14-də başa çatacaq - Nazirlik
Britaniya şirkətləri Qarabağda yenidənqurma işlərinə qatılmaqda maraqlıdır - Səfir
“Azpetrol” şirkəti xeyriyyə tədbiri keçirib
“SOCAR Türkiyə Ar-Ge” ilə ODTÜ plastik tullantıları təkrar emal edəcək (FOTO)
Məktəblərdə bufet olmayacaq
Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək - Dövlət katibi
Nəticələrindən narazı qalan şagirdlər fevralda apelyasiya ilə məktəbə müraciət edə biləcəklər
Məktəblər açıdıqdan sonra 14 gün ərzində yoluxma sayı kritik həddə çatsa... - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda ətin və meyvə-tərəvəzin qiyməti ucuzlaşacaq - Proqnoz
Rusiyada son sutkada 600-ə yaxın şəxs koronavirusun qurbanı olub
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Ağcabədidə filialı açılıb
Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapıldı
Təhsil Nazirliyi yaşı 60-dan çox olan müəllimlərin vaksinasiyası barədə məlumata münasibət bildirdi
Baş Prokurorluq dəm qazından qorunmaq üçün videoçarx hazırladı
Məktəblərdə yoluxmaya qarşı görüləcək tədbirlər açıqlanıb
Müəllimlərin dərs yükü artmayacaq - Nazirlik
Bakı Ali Neft Məktəbinin layihəsi “Elm-Təhsil-Sənaye” qrant müsabiqəsinin qalibi olub
Şamaxıda karantini pozan çayxana aşkar edilib (VİDEO)
Yeni nazir kollektivə təqdim olunub
İndoneziyanın ən fəal vulkanı püskürməyə başlayıb
Məktəblərdə daimi monitorinq aparılacaq - Təhsil Nazirliyi
Qobustanda dəm qazından zəhərlənən 6 nəfər evə buraxılıb
Məktəblərdə istilik problemi yoxdur - BŞTİ müdiri
Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
Fransa Azərbaycanın azad edilmiş ərazilərində layihələri reallaşdırmaq üçün maneə görmür - Dövlət katibi (ƏLAVƏ OLUNUB)
Şagirdlər imtahana stress kimi baxırlar - Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək
Erməni təcavüzü nəticəsində dağılmış evlərin bərpasına start verildi - Trend TV-nin Bərdə və Tərtərdən REPORTAJI
Sumqayıtda binalardan 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Fərman İsmayılovun nəşi Bakıya gətirildi (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
AŞ PA Bürosu erməni hərbi əsirlərin qaytarılması məsələsini müzakirəyə qəbul etməyib
UEFA Avropa çempionatının keçiriləcəyi şəhərləri dəyişməyəcək - Bakı siyahıda qalır
IBA mobile tətbiqində Azercell ilə yeni imkanlar
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib (FOTO)
Bakı aeroportunda qadının çantasından ən təhlükəli narkotik çıxdı - Daha bir neçə qadın saxlanıldı (VİDEO)
Ani ödənişlər sistemində QR kodla ödəmə funksionallığı işə salınıb (ƏLAVƏ OLUNUB)
Bakıda karantin qaydalarını pozan şirniyyat sexi aşkarlandı (FOTO/VİDEO)
İranla sərhəd xətti minalardan təmizlənir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Yunanıstan parlamenti Azərbaycan qazı ilə bağlı qanun layihəsini ratifikasiya edib
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (VİDEO)
Ombudsman Aparatında qazilərlə növbəti görüş keçirilib
Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdakı abidələrlə bağlı monitorinqlər qismən aparılıb - Tədqiqatçı
Azərbaycanda qızıl ucuzlaşıb
Qanunsuz silah saxlayan şəxs tutulub
Deputat seçicilərin qaldırdığı bir sıra vacib məsələlərin həllinə nail olub (FOTO)
Meksika səfiri Dövlət Tərcümə Mərkəzində olub
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi (FOTO/VİDEO)
BVF-nun proqnozları Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbinlik yaradır - İİTKM
Ötən gün cinayət törədən 55 nəfər saxlanılıb
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır
Fərman İsmayılovun nəşi Bakıya yola salınıb
Xarici muzdluların Qarabağda Azərbaycan tərəfdən iştirakına dair heç bir dəlil yoxdur - Almaniya XİN
“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün (FOTO)
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları – ŞƏRH
Yanvarın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
Perunun paytaxtı və ölkənin doqquz bölgəsində karantin rejimi tətbiq ediləcək
AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək
Bakıda torpağın qiyməti bu müddətdən sonra bahalaşacaq
Gürcüstan xarici işlər naziri koronavirusa yoluxdu
Niderlandın paytaxtında etirazlar keçirilib
Yaponiyada məktəb avtobusu qəzaya uğrayıb
Napoleonun imzası 1 milyon avroya satışa çıxarıla bilər
"İnter" futbol klubu "Milan"ı məğlub edərək İtaliya Kubokunun yarımfinalına yüksəldi
ANAMA cəbhəboyu ərazilərdə 246 ədəd partlamamış hərbi sursat və 396 ədəd mina zərərsizləşdirib (FOTO)
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndinin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Bütün xəbərlər